16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
“Biz indi Mehdiyevi hardan tapaq ki, bu bazarı bağlasın təzəni açsın”-VİDEO XƏBƏR


İmişlidə pandemiya ilə əlaqədar yaranan çətinlikləri əhali anlayışla qarşılayır. Çünki bütün ölkədə, hətta dünyada insanlar bu problemlə üz-üzə qalıblar. Hər ölkə individual şəkildə yaranan çətinlikləri həll edir. Amma elə şeylər var ki, insanlar onu başa düşmür. Söhbət İmişli kimi regional mərkəzə çevrilmiş rayon mərkəzinin sovetdən qalma köhnə bir bazara möhtac olmasından gedir. Halbuki rayonda inşa edilmiş, bütün standartlara cavab verən yeni bazar inşa edilib. Ancaq ora boşdur. Köhnə bazarın ətrafı isə qaynayıb-daşır. Qarşıdakı küşələrdə avtomobillər harda gəldi park edilib. Bazarın qarşısındakı küçələrdə də piştaxtalar qurulub, mer-meyvə, yaş tərəfəz asfaltın üstünə tökülərək satılır. Ərtafdakı arx və kanalların içi zibillə doludur. Bu haqda İmişli bələdiyyəsində vergi müfəttişi işləyən Səmədov Gülməmməd Səməndər oğlu deyil ki, bu yaranmış sıxlıq ucbatından insanlar bazara girə bilmir. Bazarı işlədənlər bələdiyyədən parking üçün yer alıblar Ancaq oralara da piştaxtalar qoyublar. Natəmizlik baş alıb gedir. Halbuki rayonda müasir bazar tikilib. Amma boşdur: “Bu bazarın arxasında Ramiz Mehdiyev durub. Ona görə işləyir. Biz indi Mehdiyevi hardan alaq ki, bu bazarı bağlasın, təzəni açsın. Dəfələrlə Mehriban xanıma yazmışıq ki, burda Mircəlal Paşayev adına ali məktəb açılsın. Qoy uşaqlarımız oxusun. Ətraf rayolardan belə gəlsinlər. Yoxsa bu üfunətli bazar nə vaxta kimi qalacaq. Sanki Dubaydı. Qadınlar bazara girə bilmir. Sıxlıqdı deyə 40 kişinin qucağından keçir. Müsəlman üçün ayıb bir şeydir.”

“Biz indi Mehdiyevi hardan tapaq ki, bu bazarı bağlasın təzəni açsın”-VİDEO XƏBƏR

Səməndər Gülməmmədov deyir ki, sıxlığa görə maşınlar əks yola çıxır. Antisanitariyanı isə hamı görür. Heç kim cürət edib tədbir görmür. Adamı gecə ilə edam edərlər.
Həmsöhbətimiz olan Elgün Muradova deyir ki, əri xəstədir, uşaqları var. Yoldaşı xəstə olduğu üçün məcbir bu bazarda qabyuyan işləyir. Günə 10-15 manat evinə çörəkpulu aparır. Amma buranın pinti və antisanitar vəziyyətdə olmasından narazıdır.
Diğər vətəndaş – Davud Atakişiyev də anlamır ki, niyə rayonda müasir bazar ola-ola köhnə bazar işləyir? Özü də bu şəraitdə. Başqa rayonlardakı kimi müasir bazar niyə İmişlidə olmasın? Yeni bazara da baş çəkdik. Səliqə-səhman göz oxşayır. Amma bazar boşdur. Halbuki əla şərait yaradılıb. Təmiz vitrinlər, geniş ərazi, mağazalar - hamısı müasir üslubda. Burada bazara gələn vətəndaşın uşağlarının darıxmaması üçün hətta uşaq-əyləncə mərkəzi var. Fəqət boş qalıb. Axı bu müasir və standartlara uyğun olan bazar boş qala-qala, zibilin içində olan köhnə bazarın qalması kimə sərf edir. Araşdırmamız davam edəcək.


Tarix: 19-02-2021, 12:07 Oxunub: 135


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930