Son vaxtlar “Azəriqaz” İstehsalat birliyinin həyata keçirdiyi sayğac dəyişmə əməliyyatı cəmiyyətdə xeyli narazılıqlara səbəb oldu. Dekabr-yanvar aylarında qaz sərfiyyatının birdən-birə “ikiqat qalxması” vətəndaşların haqlı narazılıqlarına gətirib çıxartdı.
Qaynarxett.az bildirir ki, bu hallar bütün yerlərdə baş verdiyi kimi Bakı Regional Qazın Satışı Departamentinin Nəsimi filialında da davam edir. Heç bir xəbərdarlıq olmadan qaz sayğaclarının hər an üzülə bilən yöndəmsiz qoyulması,tələm-tələsik alayarımçıq dəyişdirilməsi,hansı dildə yazıldığı bəlli olmayan,oxunuşu belə bilinməyən tərtib olunan “akt”-lar hər dəfə sayğacın dəyişməsi baş verərkən abonentlərin soyadlarının dəyişdirilməsi halları artmaqda davam edir.Bildirişlər ayın tamamında yazılıb,abonentə təqdim etmək əvəzinə ay yarım sonra çatdırılır.Adi bir kağız parçası olan bildirişdə ne idarənin teletonu,nə nəzarətçinin adı,soyadı,telefon nömrəsi,sayğac göstəricisinin hansı tarixdə,hansı saatda vurulduğu belə göstərilmir.Nəzarətçidən soruşduqda adı idarənin nömrəsini verməkdə çətinlik çəkən nəzarətçi nəyinizə lazımdı nə sözünüz varsa gəlin idarəyə bildirməklə kifayətlənir.
Onu da qeyd edək ki,bu gün internet səhifələrində qapalı olan Bakı Regional Qaz Satış Departamentinin Nəsimi filialı qapalı olaraq qalır.Görəsən,müasir dünyamızda texnikanın inkşaf etdiyi bir vaxtda niyə abonent hər dəqiqə başı departament əməkdaşları tərəfindən süni yaradılan əngəlliklərlə üz-üzə gəlib,funksiyasını düzgün yerinə yetirə bilməyən yerində olmayan əməkdaşların ucbatından işini-gücünü atıb idarəyə yollanmalıdı? Niyə?
Bu gün Nəsimi filialı başqa fırıldaqlıqlara əl ataraq əsassız süni borclar yaradılaraq,şərləmə əməliyyatına “uğurla” start veriblər
İdarənin köhnə məhkəmə oyunlarının da az şahidi olmamışıq.Bu əməllərə görə niyə rəhbərlik aidiyyatı qurumlar tərəfindən məsuliyyətə cəlb olunmurlar?
Yeri gəlmişkən onu da qeyd etmək yerinə düşər ki, ”Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyevin agızdolusu verdiyi açıqlamalarda bildirilir ki,abonentin istəyi ilə mexaniki sayğaclar elektron smart tipli sayğaclarla əvəzlənə bilər. Görəsən bu hallar qaz sərfiyyatı artmamışdan əvvəl niyə həyata keçirilmirdi? Burda Əlinin papağını Vəlinin başına,Vəlinin papağını Əlinin başına qoymaq oyunu bitmək bilmir. Hər halda inanmaq istərdik ki,”Azəriqaz” İstehsalat Birliyi bu yazılanlara və “şərləmə” əməliyyatlarına son qoyacaq.
Ardı var...
Zahid Hüseynli,
Qaynarxett.az
Bölməyə aid digər xəbərlər