16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
“İki gün əvvəl balalarımı cəbhəyə göndərdim” - Əməkdar artist


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun düşmən təxribatını dəf etmək məqsədilə təşkil etdiyi əks-hücum nəticəsində ermənilərə sarsıdıcı zərbələr vurulur, kəndlərimiz bir-birinin ardınca erməni işğalından azad olunur. 
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Yusif Mustafayev cəbhə bölgəsində olan əsgərlərə yardım etdiyini bildirib:
“Hamımız Azərbaycan torpağının balasıyıq, hamımız sevincliyik. Allah dövlətimizi, əsgərlərimizi qorusun. Bundan böyük nə sevinc ola bilər? Mən özüm də yardımlar edirəm. İki gün bundan əvvəl balalarımı göndərdim getdilər cəbhəyə yardım üçün, hansı bölgəyə getdiklərini demirəm, Allah şahiddir. “Ford” avtobusuna ləvazimatları yüklədim, birbaşa ən yüksək nöqtəyə yollandılar. Apardılar əşyaları təhvil verdilər, müəyyən məbləğ də yardım etdim. Məbləği açıqlamaq istəmirəm, çünki sonra söyüşlər yazırlar. Biz bu vətənin oğluyuq, hər birimiz bacardığımızı etməliyik, Allah tezliklə bizi sevindirsin”.
Müğənni qeyd edib ki, bundan sonra geriyə addım atmaq olmaz:
“Qəti geri addım atmaq olmaz. Bizim dünyaya dərs verə biləcək Prezidentimiz var. Onların qərarı nə olsa, razılaşacağıq. Ancaq mən düşünürəm ki, bu yoldan geri qayıtmaq düzgün deyil. Çünki biz gələcək nəsillərə ilan yuvası saxlamamalıyıq, onları təmizləməliyik ki, bir dəfəlik millətimiz rahat olsun. Nə qərar verilsə razı olacağıq, amma mən də bu xalqın nümayəndəsi kimi istəmərəm ki, döyüşlər dayansın”.  


Tarix: 6-10-2020, 12:39 Oxunub: 297


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930