Ələtdə toy olmasa da, toya gələnlər cərimələndilər - FOTO

Qaradağ rayonunun Ələt qəsəbə nümayəndəliyinə ötən gün Ələt qəsəbə sakini Ayaz Həsən oğlu Rzayev oğluna toy məclisi keçirilmədən evinə gəlin gətirilməsinin planlaşdırıldığı məlumatı daxil olub.
Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, daxil olan məlumat nəzarətə götürülüb və Rzayevlər ailəsi ilə müvafiq söhbətlər aparılıb.
Həmin ünvan gün ərzində müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılıb və müəyyən edilib ki, həqiqətən heç bir geniş tərkibli və musiqili məclis təşkil olunmayıb.
Lakin gecə saatlarında 10 nəfərdən artıq toplaşma olduğu üçün, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, polis əməkdaşları tərəfindən 13 nəfər polis bölməsinə aparılaraq qanunamüvafiq qaydada protokol yazılıb və cərimələniblər.


Tarix: 8-07-2020, 20:33 Oxunub: 178


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930