Çin və ABŞ-ın nüvə arsenalı müqayisə edildi

“Çin və ABŞ-ın nüvə arsenalının səviyyəsi arasında böyük uçurum var”.
“RİA Novosti”nin məlumatına görə, bunu Çin XİN-in Silahlara Nəzarət üzrə Departamentinin direktoru Fu Tsun deyib.
O, beynəlxalq analitik institutların məlumatlarına əsaslanaraq bildirib ki, ABŞ 5800-6000 döyüş başlığına sahibdir.
“Bu, Çinin nüvə arsenalının həcmindən 20 dəfə böyükdür”, - deyə F.Tsun qeyd edib.
Departament direktoru vurğulayıb ki, ABŞ bu cür uçurumun mövcud olduğunu bildiyi halda, yenə də nüvə arsenalını artırmaq, növbəti 10 ildə bu sahəyə 500 milyard dollar, sonrakı 30 ildə isə 1,2 trilyon dollar investisiya qoymaq istəyir.


Tarix: 8-07-2020, 17:06 Oxunub: 165


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930