Bir tərəfdə “Azanxana”, o biri tərəfdə "Mirzəxana" ... - VALLAH DƏHŞƏTDİR!

“Neftçilər” metrosundan Bakıxanov qəsəbəsinə gedən yolun sol tərəfində yerləşən “Azpetrol” yanacaqdoldurma stansiyasının əməkdaşlarından biri jurnalist oldugumuzü bildikdə yarı zarafat, yarı ciddi bizə müraciət etdi:

- Bilirsiniz, biz dünyanın ən xoşbəxt yanacaqdoldurma stansiyasının əməkdaşlarıyıq.

 - Nədən?- soruşduq.   

- Ona görə ki. bizim bir tərəfimiz “Azanxana”, o biri tərəfimiz isə “Mirzəxana”dır.

- Ay qardaş, zəhmət olmasa bir az açıq danış. “Azanxana”, “Mirzəxana” nə deməkdir?

-“Azanxana” dindarlar üçün nəzərdə tutulmuş məscidimizdir. “Mirzəxana” isə bizim bu biri tərəfimizdə yerləşən əxlaqsızlıq yuvası. Yəni, əgər bizdən kim isə ibadət etmək istəsə onda bu tərəfdə yerləşən məscidə gedir və öz ibadəti ilə məşğul olur. Yox əgər, kim isə yüngül əxlaqlı qadınlara meyl etmək istəsə, onda bu biri tərəfdə yerləşən “Mirzəxana” deyilən yerə buyurur. Orada kim-kimədir. Yəni, Mirzəyə lazım olan pulu ver, orada əyləşən yüngül əxlaqlı qadınlardan hansını istəyirsənsə, onu müvəqqəti özününkü eyləyə bilərsən. Qalmışıq bunların arasında. Gündə yalan olmasın yüzü soruşur, məscid hardadır, Mirzənin xanası hardadır.

 Beləliklə, ilk öncə yolumuzu saldıq söylənilən “Azanxana”ya. Yəni İmam Zaman Məscidində ibadət edən dindarlarla söhbət etmək üçün məscidə yaxınlaşdıq. Məscidin həyətində dindarlardan biri ilə söhbətləşdik:
  
- Allah ibadətinizi qəbul etsin! Siz burada Uca Allaha ibadət etməyinizdən məmnunsunuzmu?- soruşduq. 

-Əllbəttə, məmnunam. Mən burada Allaha ibadət etməklə özümü Allahın ən xoşbəxt dindarlarından biri kimi tanıyıram.

-Bəs, bir az aralıda yerləşən “Mirzəxana” kimi tanınan əxlaqsızlıq yuvası barəsiundə nə deyə bilərsiniz?

-O əxlaqsızlıq yuvası barəsində danışmaq özü günahdır.

-Niyə?
-Ona görə ki, Allah hər bir qadın üçün yalnız və yalnız bir kişini məsləhət görmüşdür. Ancaq həmin yuvada Allaha qarşı çıxaraq, bir qadın gün ərzində 10-15 kişi ilə görüşür. Orada təmiz heç nə yoxdur. Həmin yuva şeytan yuvasıdır. Təmiz mındarçılıqdır. Orada gənclərimiz gəlib qadınlardan həzz almaq əvəzinə, həmin qadınlardan cürbəcür xoşagəlməz xəstəliklər tapdıqları barədə hələ ki, düşünmürlər. Şəxsən mən bir kişi kimi deyirəm. Bütün ömrüm boyu qadınsız yaşayaram. Ancaq, həmin yuvadakı qadınların heç biri ilə, hətta əl-ələ görüşməyi özümə rəva bilmərəm.

-Bəs, özünüzə rəva bilmədiyiniz bu qadınları bizim gənclərimizə necə, rəva bilirsinizmi?

-Xeyr. Mən bayaq sizə dedim ki, orada mındarçılıqdır. Həmin gənclərin içərisində mənim də övladım ola bilər. Mən necə razı ola bilərəm ki, mənim övladım o cür axmaq yerlərə gedərək, öz həyatını təhlükə altına alsın. Allahdan yalnız bir xahişim vardır ki, bu da həmin yuvada çalışanlara və oradakı qadınlara. eləcə də həmin yuvaya gələn gənclərə düzgün, əməlli-başlı ağıl versin. Onları düzgün yola gətirsin ki, həyatda öz normal həyatlarını qurmağa nail olsunlar.

Beləliklə, məsciddən aralaşıb, hamının “Mirzəxana” kimi tanıdığımız həmin əxlaqsızlıq yuvasına yaxınlaşdıq. “Mirzəxana” kimi tanınan yerin həyətinə daxil olarkən, elə ilk baxışdan fahişəxana oldugunu duyduq. Adı kafe kimi "gedən" bu məkanın əxlaqsızlıq yuvası oldugu ücün adı "gizlədilib".  Yəni həmin “Kafe”nin yol kənarında heç bir elanı yox idi ki, bu da həmin yuvanın ətraf gənclərinə tam məlum olması və ətraf rayonda həmin məkanın əxlaqsızlıq yuvası kimi fəaliyyət  göstərməsi hamıya yaxşı bəlli olmasından xəbər verirdi. Həmin yuvanın hansı formada fəaliyyət göstərməsinə tam əmin olduğumuz üçün, biz bu yuvanın icərisinə girməyi və əyləşməyi özümüzə ayıb bildik. Ona görə də həmin yuvanın içərisinə girib orada baş verənləri müşahidə etməkdən vaz keçdik.

P.S. 
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları mütəmadi olaraq, bu cür fəaliyyət göstərən əxlaqsızlıq yuvalarına qarşı tədbirlər görürlər. Yəqin ki, elə bu yaxınlarda yuxarıda adı qeyd olunan “MirzəXana” haqqında da bir tədbir görüləcəkdir. Aldığımız məlumata görə, Mirzə orya gələn şəxslərə özünü “Şəhid atası” kimi təqdim edir. Allah bütün şəhidlərimizə rəhmət etsin! Ancaq...
 
Qeydimə əlavə edərək bildirmək istəyirəm ki, mən özüm də Şəhid qardaşıyam. Bizim şəhidlərimiz öz canlarını bu millət yolunda qurban vermişlər. Şəhidlərimiz ona görə canlarını qurban verməmişdilər ki, onlaın ya ataları, ya da qardaşları bu cür əxlaqsızlıq yuvası işlədərək, həm onların müqəddəs adlarına, həm də vətənə, xalqa ləkə gətirsin.

Qəribədə olsa bu əxlaqsızlıq yuvası ilə bağlı dəfələrlə geniş məlumat verilməsinə baxmayaraq, bu istiqamətdə olan işlər heç bir halda araşdırılmır. Ciddi mühafizə olunan bu obyektlərdə gün ərzində bir neçə cinayət hadisəsi baş verir ki, sonda onların himayədarları hadisələri ört-basdır etməyə müvəffəq olur. Mən buradan DİN-ə müraciət edirəm. Şəxsən ümüdvaram ki, cənab nazir Vilayət Eyvazovun göstərişi ilə bu əxlaqsızlıq yuvasının fəaliyyətinə son qoyulacaq.


B.Mirzəli,
Qaynarxeber.az


Tarix: 28-12-2022, 14:40 Oxunub: 501


Bölməyə aid digər xəbərlər


«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031