Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı...- Balakən Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə.. 

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva Vətənə ləyaqət nümunəsi sayılacaq təhsil məmurlarındandır.

 ...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən təhsil məmularındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Arifə Tağıyevanı yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Arifə xanımla görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir direktordur. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
YAZIYA KİCİK BİR SÖZARDI

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyir prezident İlham Əliyev!
Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyevanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Arifə xanımın fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyevanı tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün ölkədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

Balakən rayon Uşaq İncəsənət məktəbinin direktoru Arifə Tağıyeva deyir:

- Balakən şəhər Uşaq İncəsənət Məktəbi 1 sentyabr 1966-cı il tarixindən Uşaq Musiqi məktəbi kimi fəaiyyətə başlamışdır. 2005-ci ilin May ayından etibarən Uşaq İncəsənət məktəbi kimi fəaliyyət göstərir. Hal-hazırda məktəbimizdə 64 müəllim və 8 texniki heyət çalışır. Məktəbin şagird kontingeti 320 nəfərdir. Məktəbdə 11 ixtisas fəaliyyət göstərir: fortepiano, tar, kamança, qarmon, nağara, xanəndəlik, vokal, skripka, sintezator, xoreoqrafiya və rəssamlıq. Məktəbdə 3 şöbə fəaliyyət göstərir: fortepiano, xalq çalğı alətləri və rəssamlıq şöbələri.

Balakən Uşaq İncəsənət Məktəbi üçmərtəbəli binadan ibarətdir və 320 şagird yerlikdir. Sahəsi 3232 kvadratmetr olan məktəbdə 45 sinif otağından əlavə musiqi alətlərinin saxlanması və xoreoqrafiya zalı, heykəltaraşlıq və rəssamlıq emalatxanaları, səsyazma studiyası, kitabxana yaradılıb. Məktəbin 177 nəfərlik akt zalında tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Uşaq İncəsənət Məktəbində hazırda 288 şagird təhsil alır və 64 müəllim çalışır.  

Qeyd edim ki, bu gün ölkəmizdə mədəniyyət və incəsənətin, uşaq yaradıcılığının inkişafına göstərilən diqqət və qayğını biz daha yaxşı hiss edirik. Xüsusilə qeyd etmək istəyirəm ki, 1966-cı ildə tar və kamança ixtisasları üzrə uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayan incəsənət məktəbində hazırda 11 ixtisasda üç yüzdən çox şagird təhsil alır. Məktəb ötən müddət ərzində uşaq və yeniyetmələrin musiqi, xanəndəlik, xoreoqrafiya və rəssamlıq sənətinin ilkin sirlərinə yiyələnməsində, onların estetik zövqünün formalaşmasında, gənc istedadların üzə çıxarılmasında əhəmiyyətli işlər görüb, nailiyyətlər qazanıb. 


Qaynarxeber.az

Tarix: Bu gün, 16:21 Oxunub: 9


Bölməyə aid digər xəbərlər


«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728