Cəlilabad Dövlət Texniki Peşə Mərkəzi Göytəpə şəhərində yerləşir. Direktoru da Etibar Sadıqovdur. Hazırda burada müasir emalatxanalar, avtotəmir və idman korpusları, istixana, kənd təsərrüfatı maşınları üçün qaraj, anbar və əsaslı təmir olunan 5 mərtəbəli yataqxana binası fəaliyyət göstərir. Etibar Sadıqovun qaranlıq kecmişindən və bu günündən bəhs edən mənbənin dediyinə görə direktor kecmiş əməllərini bu gün də "ustalıqla" davam etdirməkdədir.
Mənbə bildirir ki, Etibar Sadıqovun qanunsuz əməllərini hələ də unutmayıblar. O, hələ ərazi nümayəndəsinin müavini işləyən zaman bir çox gəncin xəstə adı ilə xidmətdən yayınmasına kömək edib: “Əməkdar müəllim” fəxri adına layiq görülən Etibar Sadıqov müxtəlif zamanlarda lisey direktoru, Göytəpə şəhər icra nümayəndəsinin müavini, dərs hissə müdiri olsa da heç bir vəzifədə özünü tam olaraq doğrulda bilməyib. Belə ki, onun adı qalmaqallı məsələlərdə hallanıb. Etibar Sadıqov ərazi nümayəndəsinin müavini çalışan zaman bir çox gəncin xəstə adı ilə xidmətdən yayınmasına kömək edib.
Məlumatda bildirilir ki, Cəlilabad Dövlət Texniki Peşə Mərkəzində qurulan əməkdaşlıqlar əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadr hazırlığı aparmağa imkan yaratmalı oldugu halda bu iş başlı-başına buraxılıb. sadəcə kagız üzərində hər şey qaydasıncadır. Lakin əslində isə tələbələrin istehsalat təcrübələrini birbaşa olaraq işəgötürən müəssisələrdə keçməsi "şirin xəyal"dır. Sadə bir yoxlama aparılsa bunun əyani şahidi olarsınız.
Mənbə bildirir ki, mərkəzə rəhbərlik edən Etibar Sadıqov bu sahədə necə deyərlər "sac-saqqal" agardıb. O, Cəlilabadda peşə təhsilini ŞƏXSİ BİZNESİnə cevirib.
Qeyd edək ki, Sövetlər dağıldıqdan sonra uzun illər nəzarətsiz qalan Peşə təhsili demək olar ki, tamamilə dağılmışdır. 20 ilə yaxın davam edən bu prosess son illər ölkə rəhbərliyinin ciddi tapşırığı ilə nəzarətə götürülüb, peşə təhsilinin inkişafı prioritet məsələyə çevirilib. Həmçinin qeyri-neft soktorunun inkişafında peşə təhsilinin rolu əsas məsələ kimi inkişaf planına salınıb. Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanıb və sairə...
Cəlilabad Dövlət Texniki Peşə Mərkəzinə ( ümumiyyətlə Cəlilabad peşə litseyində) ayrılan küllü miqdarda dövlət vəsaiti necə olub? Ortada nə var və kimlər bu sahəyə ayrılan külli miqdarda pulu havaya sovurub? Kimdir bu adamlar? Dövlət başçısının nəzarəti altında olan bu sahəyə ayrılmış külli miqdarda vəsait hara yoxa çıxıb? Bunu edənlər həbs olunacaqmı?Cəlilabad Dövlət Texniki Peşə Mərkəzində şagirdlər necə istismar olunur? Burada Peşə Təhsili maxinasiyaları necə həyata kecirilir? Bu sahəyə yönəldilən investisiyalar, layihələr ücün ayrılmış küllü miqdarda vəsait necə mənimsənilib? VƏ SAİR...
Mənbənin verdiyi kifayət qədər ciddi mətləblərlə bağlı silsilə yazılar yaxın günlərdə oxuculara təqdim olunacaq.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bölməyə aid digər xəbərlər