16:20 / 23-09-2024
Naxçıvanda tender qumarı
Dürüş Mehdiyeva: "Məqsədimiz məktəbimizi birincilər sırasına çıxarmaqdır”

Təhsil elə bir sahədir ki, hər bir ailəyə aidiyyatı var. Bəlkə elə buna görədir ki, elə ən çox tənqid olunan sahə də təhsildir. Çünki təhsil hər an gözümüzün önündədir.Müasir zəmanənin təhsilvermə qaydaları dəyişdiyindən artıq valideynlər təkcə müəllimlər arasında seçim etmir, eləcə də məktəbin keyfiyyətinə diqqət yetirir. Keyfiyyətli, səliqəli, zəngin dünyagörüşə sahib olan kadrları ətrafında cəmləyən məktəb övladını düşünən hər bir valideynin üz tutduğu təhsil ocağıdır.

İLK MÜSAHİBİM...
(Surra kəndindən bir tanış valideyinin dediklərindən)
“Mənə görə, indi məktəb seçimi ən çətin məsələlərdəndir. Dünya dəyişir, dünyaya baxış dəyişir. İndiki məktəblilərin istəyi də fərqlidir. Müəllimlərdən yeni yanaşma tələb edilir. Çox təəssüf ki, ölkədə bu istəklərə cavab verən məktəblər o qədər də çox deyil. Ancaq mən seçimimi etmişəm. Övladlarım Sabirabad rayon Şəfi Babayeva adına Surra kənd tam orta məktəbində təhsil alırlar. Tam əminliklə deyə bilərəm ki, orada təhsilin keyfiyyətindən tutmuş, tədris, təlim-tərbiyə, müəllimlərin ciddi tələbkarlığı, onların şagirdlərə yanaşmasına qədər hər şey yüksək səviyyədədir. Şəxsən bu göstəricilər məni qane edir. İndi valideynlərin ən çox şıkayətləndiyi məsələ uşaqların məcburən dərs oxumasıdır. Bu məktəbdə isə təhsil alan şagirdlərə bunun üçün heç bir məcburi üsul tətbiq edilmir. Məktəbdə elə bir tələb var ki, uşaqlar özləri hətta istəməsələr belə, məcburən dərslərini hazırlayacaqlar. Şagirdlərdə məktəbə hazırlıqsız getməyin qorxusu var. Bütün dost-tanışların fikirlərinə rəğmən onu deyə bilərəm ki, mən uşaqlarımın təhsil aldığı yerdən çox məmnunam. Bu məsələdə direktor Dürüş Mehdiyevanın böyük əməyi var. Buna görə Dürüş xanıma ancaq və ancaq təşəkkür edirəm. Orada əsl təhsil ab-havası var. ”
İLK TANIŞLIQ...

Fransız yazıçısı Marsel Sesiro deyib: “Təbiətə qalib  gəlmək üçün əvvəlcə ona itaət etmək lazımdır”. Demək ki, qalibiyyətin digər baş ucu itaət adlanır. Qalibiyyətin  sonu isə uğur deməkdir. Məktəbin uğurunu düşünsək bu uğur şagirddən, şagirdin uğurunu düşünsək təbii ki, müəllimdən başlayır. Xaçmaz şəhər 6 saylı tam orta məktəbin direktoru Daxil Qurbanovun sözləri bu fikrə qüvvət verir: “Hər bir məktəb direktorunun arzusudur ki, rəhbəri olduğu məktəb uğurlu məktəb kimi tanınsın. Bunun üçün ən önəmli amil, sağlam mühitdir. Sağlam mühit varsa, pedaqoji kollektiv işə, şagirdlər dərslərinə daha məsuliyyətlə yanaşacaq ki, bu da uğurların çoxalmasına, məktəbin digər məktəblərdən fərqlənməsinə səbəb olacaq”.

Məktəb minlərlə insanı özündə birləşdirən böyük bir ailədir. Bu ailəyə aid olan hər bir kəs məktəbin ən gözəl sözlərlə tərif edilməsini istəyirsə öz bilik, bacarıq və əməyini birləşdirərək çalışmalı, irəlidə getməyi bacarmalıdır. Bütün bunlara nail olmaq üçün idarəetmə düzgün qurulmalıdır ki, orda hamı özünü rahat hiss etsin. Məktəb rəhbərliyi, müəllim və valideynlər arasında səmimi münasibət olarsa şagird o doğmalığı hiss edəcək, məktəbə həvəslə gələcək, bunun nəticəsində də şagirdin bilik və bacarıqlarının əsasında uğurlar artacaq.

Sabirabad rayon Şəfi Babayev adına Surra kənd tam orta məktəbinin direktoru Dürüş Mehdiyeva deyir ki, vaxtilə geridə qalan bir məktəbi dircəltmək, nümunəvi təhsil ocagına cevirmək asan məsələ deyildir. Deməli ugur qazanmaq gərgin zəhnət tələb edir. Bir də vəzifə məsuliyyəti. İndi bu ümumtəhsil müəssisəsi sözün həqiqi mənasında uğurları ilə öyünə bilən təhsil ocaqlarındandır. Burada təhsilin keyfiyyəti, nizam-intizam yüksək səviyyədədir. Təhsil müəssisəsində bilikli və təcrübəli müəllimlər çalışır, onlar bacardıqlarını öz şagirdlərindən əsirgəmirlər.

Məktəb çox səliqəlidir. Sinif otaqları təzə parta, stol və stullarla, dərs ləvazimatı ilə təchiz olunub. Otaqlarda hər bir fənnə aid lövhələr asılıb. Ümumi zalın divarında isə milli qəhrəmanlarımızın portretləri, "20 Yanvar", Xocalı faciəsi ilə bağlı fotolar asılıb. Bir jurnalist kimi Dürüş xanımdan məktəbin qayğıları, sosial problemləri ilə maraqlandıq. Nə qədər mehriban, səmimi görunsə də, bir o qədər də ciddidir. Öz vəzifəsinin öhdəsindən layiqincə gəlir, olduqca tələbkardır. Ona görə də məktəbdə nizam-intizam yüksəkdir.

Direktor bizi təhsil ocağı ilə tanış edərək dedi: "Məktəbimizdə adətən şagirdlərin davamiyyəti yüksəkdir. İcazəsiz dərsdən qalmaq və gecikmə hallarına yol verilmir. Dərslərinə zəif hazırlaşan şagirdlərin valideynləri ilə mütəmadi görüşlər keçirir və bu haqda onlara məlumat veririk. Fənn müəllimlərimizin və valideynlərin köməyi ilə yaxşı oxuyan və əlaçı şagirdlərin sayı artır. Qazandıgımız yaxşı nəticələr müəllim və şagird kollektivini daha da ruhlandıraraq dərsin keyfiyyətinə, şagirdlərin biliklərinin artırılmasına müsbət təsirini göstərib."
Qeyd edək ki, məktəbdə təhsilin bütün pillə və səviyyələrində təhsilin keyfiyyətinin yüksəldilməsi əsas prinsip olaraq götürülür. Təlim-tərbiyə prosesimiz zəngin ənənələrimizə, milli-mənəvi və ümümbəşəri dəyərlərə əsaslanır. Məktəbdə keçirilən məktəbdaxili və sinifdənxaric tədbirlər, müsabiqə və yarışlar şagirdlərimizin əqli inkişafına, dünyagörüşlərinin genişlənməsinə, mənəvi cəhətdən kamilləşməsinə xidmət edir. Maraqlı tədbirlər, təhsilə yeni yanaşma bir deyil, onlarladır. Elə gün olmaz ki, məktəbdə yeni bir ugura imza atılmasın. Sözsüz ki, bu qələbələrin qazanılmasında direktor Dürüş Mehdiyevanın əməyi böyükdür.

Bəli, ömrünü balalarımızın işıqlı sabahı yolunda şam kimi əridən təcrübəli pedaqoq Dürüş Mehdiyeva təkcə müəllim kollektivinin deyil, eyni zamanda şagirdlərin də əzizinə, doğmasına çevrilmişdir. Onun gərgin fəaliyyəti geniş və ürəkaçandır. Direktoru oldugu məktəbin inkişafındakı böyük irəliləyişlərdən söz düşəndə Dürüş xanım deyir: “Bu, hələ harasıdır. Qarşıda böyük layihələr və inkişaf tendensiyaları durur. Məqsədimiz məktəbimizi birincilər sırasına çıxarmaqdır”. 

YAZIYA KİCİK SÖZARDI:
...Yol boyu ikirləşirəm ki, 45 dəqiqə ərzində şagirdlərə biliyi, informasiyaları çatdıra bilmək əsl fədakarlıqdır. Azərbaycan dilinin incəliklərinə vararaq onları şagirdlərə təqdim etməsi mənə vaxtilə Heydər Əliyevin ana dilimizlə bağlı dediyi fikirləri xatırlatdı: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. Düşünürəm ki, biliklə pedaqoji təcrübə birləşəndə nəticə uğurlu olur. Belə müəllimlər çoxaldıqca təhsilin səviyyəsi zaman-zaman yeni inkişafa qədəm qoyur. Bu yerdə türk dünyasının görkəmli filosofu Əbu Turxanın da fikirlərinə istinad etməyə bilmirəm: “Böyük şəxsiyyətlər tarixin sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyətin inkişafı da bir o qədər dayanıqlı olar”. 

Bu fikirləri ən çox təhsil sahəsində çalışan bilikli, təcrübəli müəllimlərə aid etmək daha doğru olar. Çünki müəllim cəmiyyətin sütunudur. O, nə qədər bacarıqlı, istedadlı, peşəsinə sədaqətli olsa gələcəyimizdən arxayın ola bilərik. Bütün bunların bariz nümunəsi təcrübəli pedaqoq Dürüş Mehdiyevanın direktoru olduğu Sabirabad rayon Şəfi Babayev adına Surra kənd tam orta məktəbin timsalında gördüm. Bu fikirləri ifadə etməkdə məqsədim budur ki, qoy təhsil sahəsində çalışanların hər biri bu məktəbin uğurlarından xəbərdar olsun. Mən də məktəbin bütün kollektivinə, müəllim kontingentinə can sağlığı və uğurlar arzulayıram!

Sadiq Yolcu

Qaynarxeber.az

Tarix: Bu gün, 11:18 Oxunub: 81


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930