11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Bu gün Böyük Britaniyada pablar və restoranlar müştərilərin üzünə açılıb

Bu gündən başlayaraq Böyük Britaniyada üç aydır davam edən sərt karantin rejimi aradan qaldırılır.
TASS xəbər verir ki, ölkədə aylardır bağlı olan pablar, kafe və restoranlar açılıb, bərbər salonları, kitabxanalar, kilsələr, kinoteatrlar işə başlayıb, hotellər qonaqları qəbul edib.
Həmçinin, insanların biri-birinin evinə qonaq getmək qadağası da ləğv olunur.
Bu gün Böyük Britaniyada dərc edilən qəzetlərin əksəriyyəti hadisəni “Böyük Şənbə” başlığı ilə qeyd edib.
Son məlumata əsasən, Böyük Britaniyada 284 276 nəfərin COVID-19 virusuna yoluxduğu aşkar edilib. 44 131 xəstə pandemiyanın qurbanı olub.


Tarix: 4-07-2020, 17:30 Oxunub: 74


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30