İrəvan ad çəkdi, separatçılar qəzəbləndi: Şahramanyan erməniləri toplayır

Qarabağdakı antiterror əməliyyatlarının ildönümü səbəbilə keçmiş qondarma rejimin üzvləri bu gün mitinq keçirəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Separatçıların lideri Samvel Şahramanyan və digərlərinin İrəvanda Müqəddəs Xaç kilsəsində toplaşıb aksiya keçirəcəkləri bildirilir.

Məlumata görə, Ermənistan hökumətinin Qarabağın itirilməsinə görə separatçıları günahlandırması onları qəzəbləndirib. Bu səbəbdən əslində günahkarın Baş nazir Nikol Paşinyan hakimiyyəti olduğunu təbliğ etməyə çalışırlar.

Həmçinin ötən gün hökumət çevrilişinə cəhdə görə saxlanılanların “Ermənistan vətəndaşları və Qarabağdan köçən iki nəfər” şəklində açıqlanması narazılığa səbəb olub. Onlar məhz Qarabağ ermənilərinin çevriliş cəhdində adının qəsdən vurğulandığını deyirlər.

Xatırladaq ki, bu gün – sentyabrın 19-u Azərbaycan ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatlarından bir il ötür.


Tarix: 19-09-2024, 09:31 Oxunub: 7


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30