Bakıda mağazalarda sosial izolyasiya qaydalarına necə riayət olunur? - FOTO/VİDEO

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə mütəmadi olaraq dövlət qurumları tərəfindən qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər aparılır.
Report-un çəkiliş qrupu bu məqsədlə paytaxtdakı bəzi mağazalara baş çəkib.
Yasamal, Nəsimi, Nizami, Xətai, Sabunçu və Xəzər rayonu ərazisindəki bəzi mağazalarda aparılan çəkiliş zamanı Nazirlər Kabineti yanında operativ qərargahın tapşırıqlarına, eləcə də, koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə riayət olunduğu müşahidə olunub.
Mağazaların daxili girişində müştərilərin hərarətinin yoxlanılması, əllərinin spirt vasitəsilə dezinfeksiya edilməsi üçün bir neçə əməkdaş cəlb olunub.
Bununla da, müştərilərin yalnız hərarəti yoxlanıldıqdan və əlləri spirtlə dezinfeksiya edildikdən sonra mağazaya daxil olması mümkündür. Hərarəti olan və tibbi maskadan istifadə etməyən müştərilər mağazalara buraxılmır.
Bundan əlavə, mağazaların içərisində müştərilərin sosial izolyasiya qaydalarına əməl etmələri üçün xüsusi maarifləndirici məlumatların əks olunduğu nişanların yerləşdirildiyi də müşahidə edilib. Nişanlarda sosial məsafə saxlanılması tələb olunub.
Çəkiliş zamanı market müdirləri bildirib ki, gün ərzində işçi heyətinin də 2-3 dəfə hərarəti yoxlanılır və onlara şəxsi gigiyenik qaydalara əməl etmələri üçün müvafiq tövsiyələr verilir.



Tarix: 10-07-2020, 12:58 Oxunub: 115


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30