Rusiyanın Kurskdakı əks-hücumu dayandırıldı

Rusiyanın Kursk vilayətində əks-hücum əməliyyatı ümumiyyətlə dayanıb.

Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” Ukraynanın Kursk vilayətində yaratdığı administrasiya nümayəndəsinə istinadla məlumat yayıb.

“Rusiya ordusu cinahlardan hücuma keçmək istəsə də, dayandırıldı. Ruslar yaşayış məntəqələrindən birinə daxil oldular. Digər ərazilər uğrunda mübarizəyə başladılar, amma hər şey bitdi. Vəziyyət stabilləşdi və bu gün hər şey nəzarətdədir, onlar uğur qazana bilmədilər”, - məlumatda qeyd olunub.


Tarix: 19-09-2024, 09:21 Oxunub: 6


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30