DİM rəsmisi imtahansız attestat alınması məsələsinə aydınlıq gətirdi

Bir neçə gün əvvəl Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi tərəfindən birgə məlumat yayıldı ki, vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Bu məsələ birmənalı qarşılanmayıb. 
Məsələ barədə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Oxu.Az-a açıqlamasında bildirib ki, attestatı yalnız xaricdə təhsil almaq istəyən şəxslər əldə edə biləcək:
“İmtahansız attestat almaq hər kəsə şamil olunmur. Xaricdə yerləşən ali təhsil müəssisəsinə müraciət etmək istəyənlərə imtahanda iştirak etmədən məzunu olduğu məktəb tərəfindən attestatları təqdim edilir.
Bəzi xarici universitetlərdə qeydiyyat tarixi başa çatmaq üzrədir. Bu hal nəzərə alınaraq, onların imtahan vermədən attestat almasına qərarı verilib”.


Tarix: 8-07-2020, 10:36 Oxunub: 190


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30