Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı - ÖZƏL

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır.
Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.
Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. 
Deputat Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib:
“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.
Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.


Tarix: 8-07-2020, 16:22 Oxunub: 80


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30