Dünya şöhrətli futbolçu Azərbaycanı tərk etdi, ancaq şəhidlərimizi unutmadı - FOTO

“Səbail” klubu Azərbaycan çempionatında oynayan dünya şöhrətli futbolçu Maykl Esyenlə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, qanalı futbolçunun 1,5 illik müqaviləsinin müddəti başa çatıb.
“Çelsi”, Madrid “Real”ı və “Milan” kimi klubların şərəfini qorumuş futbolçu həm dəm “Səbail”in 19 yaşadək komandasında məşqçi işləyirdi. O, ötən mövsüm 15 oyuna çıxmış və 616 dəqiqə meydanda olmuşdu.
Yeri gəlmişkən, 37 yaşlı Maykl Esyen Azərbaycanı tərk etməzdən öncə isə ingiliscə bu sözləri yazıb:
“Burada oynamaq çox xoş oldu. Yenidən görüşənədək. Güclü və salamat olun”.
Daha sonra o, Azərbaycana öz dilimizdə dəstək olub:
“Şəhidlər ölməz, Vətən bölünməz!”


Tarix: 17-07-2020, 23:23 Oxunub: 81


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30