Mövsümün bərpasından sonra Avropanın ən yaxşı oyunçusu bəlli oldu

“Bayern”in hücumçusu Robert Levandovski pandemiyaya görə yarım qalan mövsümün bərpasından sonra Avropada ən yaxşı oyunçuların reytinqinə rəhbərlik edib.
Bu barədə “Bleacher Report” məlumat yayıb.
Mövsümün bərpasından sonra keçirilən 10 qarşılaşmada R.Levandovski 12 qol vurub.
Siyahıda ikinci pilləni “Barselona”nın hücumçusu Lionel Messi tutub. Messi meydanda olduğu yeddi qarşılaşmada eyni sayda fərqlənib və üç məhsuldar ötürmə verib.
Ən yaxşıların reytinqində ilk üçlük “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Brün ilə tamamlanıb. O, mövsümün bərpasından sonra altı qarşılaşmada oynayıb, dörd qol vurub və bir məhsuldar ötürmə edib.


Tarix: 9-07-2020, 08:56 Oxunub: 93


Bölməyə aid digər xəbərlər
20-07-2020, 16:35 Messidən daha bir rekord


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30