Hamilə olduğundan xəbərsiz qadın yeddi kilometr qaçdıqdan sonra uşaq dünyaya gətirdi

Hollandiyada qəribə hadisə yaşanıb. Hamilə olduğundan xəbərsiz qadın qaçaraq uzun məsafə qət etdikdən sonra uşaq dünyaya gətirib.
Haberler.com məlumat verir ki, 31 yaşlı britaniyalı qadın Amsterdam şəhərində təşkil olunan qaçış yarışına qatılıb.
Yeddi kilometr qaçdıqdan sonra o, qarın nahiyəsində narahatlıq hiss edib.
Həkimə müraciət edən həvəskar idmançıya mədə-bağırsağında köp olduğu deyilib. O, evə qayıtdıqdan sonra doğuş prosesi başlayıb. Həkimlər doğuşun evdə aparılmasına qərar veriblər. Yeni ana hələ də hadisənin şokunda olduğunu bildirib.


Tarix: 21-07-2020, 09:47 Oxunub: 82


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30