Çimərliklərin hansı halda açılacağı bilindi - VİDEO

“Çimərliklərin açılması bu günə qədər görülən işlərin nəticələrinə mənfi təsir edə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 
O bildirib ki, çimərliklərin açılması risklidir:
“Burada üç məqam var. İnsanların çimərlikdə sosial məsafə saxlaması mümkün olmayacaq. Eyni çimərlikdə yalnız o ərazidən deyil, bütün respublikadan gələn vətəndaşlar olur, bu da yoluxma riski deməkdir. Digər səbəb isə orada satılan və istifadə edilən qida vasitələri, əşyalarla bağlı məqamlarda yaşana biləcək səhlənkarlıqlar ola bilər”.
Onun sözlərinə görə, avqustun 5-dək çimərliklərin açılması mümkün deyil:
“Avqustun 5-dək çimərliklərin açılması müzakirə edilmir. Lakin bu məsələnin müzakirə edilməsi və müəyyən şərtlər daxilində açılmasına baxıla bilər”.


Tarix: 20-07-2020, 17:20 Oxunub: 95


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30