11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Zaqatalada su problemi həllini tapdı - AÇIQLAMA

Zaqatala şəhərində bir həftəyə yaxın yaşanan su çatışmazlığı problemi həllini tapıb. Oxu.Az xəbər verir ki, bir neçə gün əvvəl sakinlər tərəfindən Zaqatala şəhərində icməli su ilə bağlı problem olduğu bildirilib. Onların sözlərinə görə, təzyiq azaldığından bəzi yerlərdə, ümumiyyətlə, su yoxdur.
Məsələ ilə əlaqədar “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı redaksiyamıza bildirib ki, problem həll olunub:
“Zaqatala şəhərində su çatışmazlığı Tala çayında suyun azalması ilə bağılıdır. Əməkdaşlarımız tərəfindən çayda müəyyən işlər görülüb. Sel suları, daşqınlar səbəbindən çayın yatağında olan drenaj suqəbuledici qurğuların üzərinə toplanmış lil qatı xüsusi texnukanın köməyi ilə təmizlənib. Çayın suyunu həmin qurğular istiqamətinə yönəldərək, süzülən suyun həcmini artırmışıq. Bunun hesabına Zaqatalaya verilən suyun həcmi artırılıb. Dünən “Azərsu”nun region üzrə rəisi ilə əlaqə saxlamışam. Hazırda Zaqatalada su anbarlarında kifayət qədər ehtiyat var. Şəhər qrafikli rejimlə içməli su ilə təmin edilir”.


Tarix: 7-07-2020, 13:39 Oxunub: 113


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30