Bakının Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq

Təmir işləri ilə əlaqədar Bakının Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. 
Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar olaraq 18-19 iyul tarixlərində Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində hərəkət müvəqqəti məhdudlaşdıırılacaq. Alternativ olaraq, sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar Babayev, 22-ci Dağlıq və Hüseyn Seyidzadə küçələrindən istifadə edə bilərlər. 


Tarix: 17-07-2020, 19:20 Oxunub: 81


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30