11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Sərt karantinə görə abituriyenti müşayiət edən şəxsə də sənəd verilə bilər - RƏSMİ

“Sərt karantin rejimin qaydalarını nəzərə alaraq, abituriyentləri müşahidə etmək üçün həmin abituriyenti müşayiət edən şəxs üçün də sənəd verilə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bunun üçün həmin şəxslərin məlumatları müvafiq qurumlara bildiriləcək:
“Hansı binada, hansı ünvan üzrə imtahan verirlərsə, bu barədə məlumatı müvafiq qurumlara çatdıracağıq. Yalnız bir şəxs onları müşayiət edə biləcək. Həmin şəxsin başqa yerə getməsi də mümkün deyil”.
“Eyni zamanda, valideynlərə çağırış edirik ki, şagirdlər binaya daxil olandan sonra binanın ətrafında toplaşmasınlar, sosial məsafəni saxlasınlar”, - deyə sədr qeyd edib.


Tarix: 17-07-2020, 18:51 Oxunub: 85


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30