11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Ermənilərin tutduqlarını iddia etdiyi Qaraqaya yüksəkliyindən VİDEOREPORTAJ

Azərbaycan - Ermənistan sərhədində döyüşlərin davam etdiyi Tovuz rayonunda hazırda İTV-nin cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı Heydər Mirzə Qaraqaya yüksəkliyindən reportaj hazırlayıb.
O qeyd edib ki, hazırda Ağdam kəndinin mərkəzindədir və arxada yenilməz Azərbaycan əsgərinin yenilməz Qaraqaya yüksəkliyi var:
“Azərbaycan əsgərinin postları oradadır. Toxunulmayıb, itirilməyib. Düşmən tərəfindən sosial şəbəkələrə dezinformasiya ötürülür və bu yalan məlumatlardan biri də həmin postun itirilməsidir.
Bir çoxlarımızı bu təşvişə salıb, suallar doğurub. Baxın, qara yalanın təkzibi arxamdadır. Qaraqaya ermənilərdə olsaydı, biz burda çəkiliş apara bilməzdik.
Eşq olsun yenilməz Azərbaycan əsgərinə. Bizim yolumuz haqq yoludur. Düşmən əziləcək, zəfər bizim olacaq”.


Tarix: 17-07-2020, 18:41 Oxunub: 95


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30