11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Bakıda narkotik alverçisi yataqxananı qarət etdi

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin digər cinayəti üzə çıxıb.
Trend-in məlumatına görə, Sabunçu Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəində rayon sakini, 1987-ci il təvəllüdlü Nicat Həsənov saxlanılıb.
Üzərinə baxış keçirilərkən ondan 0,493 qram metanfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxsin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, o, rayonun Bakıxanov qəsəbəsi, R.Qəmbərov küçəsində yerləşən yataqxanadan ev sahibinə məxsus, dəyəri 350 manat olan qızıl üzük və 1 200 manatlıq məişət əşyaları oğurlayıb.
Faktla bağlı cinayət işinə başlanılıb.


Tarix: 13-07-2020, 13:39 Oxunub: 92


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30