11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
AZAL həmyerlilərimizi və rusiyalı həkimləri Moskvadan Bakıya gətirib - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyulun 12-si Moskvadan 233 sərnişinlə növbəti çarter reysi yerinə yetirib.
AZAL-dan verilən məlumata görə, “Airbus A340” hava gəmisi ilə Azərbaycan vətəndaşları vətənə çatdırılıb. Bundan əlavə, Heydər Əliyev Fondunun dəvəti ilə həmin reyslə Bakıya 22 rusiyalı həkim gətirilib. Bu həkimlər koronavirus pandemiyası ilə mübarizədə kömək göstərəcəklər.
Yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀
Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.


Tarix: 12-07-2020, 21:38 Oxunub: 133


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30