11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Bakıda iki dost güllələndi

Bakıda silahlı insident baş verib.
“Report”un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində qeydə alınıb.
Belə ki, 1992-ci il təvəllüdlü Mikayılov Əliağa Əkrəm oğlu və onun dostu 1988-cı il təvəllüdlü Qasımov Faiq Babaqulu oğlu mübahisə etdiyi şəxs və ya şəxslər tərəfindən güllələniblər.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı Ə.Mikayılovda sağ bud nahiyəsinin dəlib keçən bir ədəd güllə yarası, F.Qasımovda isə sol budun dəlib keçən bir ədəd güllə yarası aşkarlanıb. Hər iki yaralı əməliyyat olunub.
Qeyd edək ki, Əliağa Faiqgilə qonaq gəlib və hadisə onun həyətində baş verib.
Hazırda cinayətin təfərrüatı araşdırılır.


Tarix: 12-07-2020, 21:32 Oxunub: 129


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30