SOCAR-a Rumıniyada beş YDM-nin icarəsi üçün razılıq verilib - VİDEO

Rumıniyanın Rəqabət Şurası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəməsi “SOCAR Petroleum SA”nın “IPECO S.A” şirkətinin Qorj ətrafında istismar etdiyi beş yanacaqdoldurma məntəqəsini (YDM) icarəyə götürməsi ilə bağlı sazişini təsdiqləyib.
“SOCAR Petroleum SA” bu beş yanacaqdoldurma məntəqəsini uzunmüddətli icarə əsasında istismar edəcək.
Qeyd edək ki, 2011-ci ildən etibarən SOCAR Rumıniyada törəmə şirkəti - “SOCAR Petroleum SA”nı təsis etməklə, SOCAR brendi altında yanacaqdoldurma məntəqələri vasitəsilə Rumıniya ərazisində neft məhsullarının topdan və pərakəndə satışına başlayıb.
Rumıniyanın şimalında ilkin olaraq 12 yanacaqdoldurma məntəqəsi ilə bazara daxil olan şirkət hazırda ölkənin dörd bir tərəfini əhatə etməklə 45 YDM şəbəkəsinə malikdir.
Aprel ayında şirkətin Arad, Tmiş və Sibiu ətrafında altı yanacaqdoldurma məntəqəsini 10 illik icarəyə götürməsi barədə saziş təsdiqlənmişdi.
[video=]


Tarix: 11-07-2020, 10:40 Oxunub: 100


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30