Azərbaycan islahatçı ölkə kimi sürətlə inkişaf edir - İQTİSADCI

Hərtərəfli inkişafa nail olmaq istəyən hər bir ölkə həlledici sahələrdə – investisiya və biznes mühitinin yaxşılaşdırılması, xarici ticarətin diversifikasiyası, insan kapitalının inkişafı, kiçik və orta müəssisələrin maliyyə resurslarına əlçatanlığı, ətraf mühitin qorunması, sənaye və texnoloji parkların qurulması və bu kimi digər mühüm strateji tədbirləri həyata keçirməyə çalışır. Son illər müxtəlif sahələrdə ciddi sosial-iqtisadi uğurlara imza atmış Azərbaycan dünyanın ən islahatçı ölkəsi kimi tanınır və bu reallığımız bir sıra beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapır. Bütün bunlar bir daha təsdiqləyir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərtərəfli islahatlar konkret nəticələrə hesablanmışdır və yürüdülən sosial-iqtisadi siyasət Azərbaycan vətəndaşının rihafının daha da yaxşılaşdırılmasına yönəlmişdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sayəsində Azərbaycan böyük inkişaf mərhələsi keçmişdir. Ötən illər ərzində ölkə iqtisadiyyatının sürətli inkişafı yoxsulluq səviyyəsinin minimim səviyyəyə düşməsinə şərait yaratmış və bir milyondan artıq yeni iş yerləri açılmışdır. Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər beynəlxalq miqyasda da yaxından izlənməkdə, diqqətlə öyrənilməkdədir. Bu sahədə araşdırma aparan təşkilatların, ekspertlərin yekun qənaəti belədir ki, Azərbaycan iqtisadi sahədə uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoymuşdur. Bununla yanaşı, dünyada iqtisadi və maliyyə vəziyyətinin mürəkkəbliyinə baxmayaraq, Azərbaycan öz iqtisadiyyatını mənfi təsirlərdən maksimum dərəcədə qorumağa çalışır və bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən ölkə kimi inamla irəliləyir. 

Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən ­Prezident İlham Əliyev demişdir: “Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik". 

Azərbaycanın qlobal müstəvidə nüfuzu getdikcə artmaqdadır, artıq ölkəmiz Avropa ilə Asiya arasında mühüm nəqliyyat və loqistika qovşağına çevrilir. 

Azərbaycanın 44 günlük vətən müharibəsində tarixi Zəfəri ölkəmiz qarşısında yeni imkanlar açıb. Bu telefon danışıqları eyni zamanda onu göstərir ki, qlobal güclər Azərbaycanın bu qələbəsini, regionda yaranmış yeni reallıqları qəbul edir və bu reallıqlar çərçivəsində Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Azərbaycan Vətən müharibəsi zamanı döyüş meydanında əldə etdiyi qələbəni siyasi-diplomatik müstəvidə də davam etdirir. Eyni gündə iki qlobal güc mərkəzinin Azərbaycan Prezidenti ilə təmasının Azərbaycanın regionda liderliyinə və qlobal siyasətdə əhəmiyyətinə verilən qiymətin təzahürüdür. Xüsuslə də Ermənistanın baş naziri N.Paşinyanın Brüsselə səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidentinə zəng etməsi ölkəmizin Cənubi Qafqazda liderliyini təsdiq edən bir amildir 

Azərbaycan qarşıdakı dövrdə beynəlxalq aləmdə mövqeyini daha da gücləndirəcək. 500 milyard dollar həcmində ticarət dövriyyəsi olan Çinlə Avropa İttifaqı arasında Azərbaycanın mühüm nəqliyyat-loqistika mərkəzinə çevrilməsi ölkəmiz və iki qlobal güc arasında əlaqələrin inkişafı və eyni zamanda ölkəmizin qlobal müstəvidə mövqeyinin daha da güclənməsi üçün böyük əhəmiyyətə malikdir.

Azərbaycan "Bir Kəmər Bir Yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri olaraq, reallaşdırdığı irimiqyasylı nəqliyyat-infrastruktur layihələri ilə bu təşəbbüsün həyata keçirilməsinə öz əhəmiyyətli töhfəsini verir. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, hazırda isə yeni yaradılacaq Zəngəzur dəhlizinin Avrasiya və Trans-Xəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırması və bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut təqdim etməsi bütün region ölkələrinin maraqlarına və onların iqtisadi əlaqələrinin inkişafına xidmət edir. Bütün bunlar Azərbaycanın siyasi mövqeyini gücləndirməklə yanaşı iqtisadi inkişafımıza da mühüm töhfələr verəcək.

Tural HÜSEYNLI,
İqtisadcı, Nəsimi rayonu.



Tarix: 5-06-2021, 18:24 Oxunub: 504


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30