11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Azərbaycanın Ukraynadakı səfirliyindən soydaşlarımıza MÜRACİƏT

Azərbaycanın Ukraynadakı səfirliyi soydaşlarımızı bu ölkədə ermənilərin təxribatlarına uymamağa çağırıb.
Oxu.Az xəbər verir ki, müraciətdə deyilir: 
“Çox dəyərli həmvətənlərimiz, soydaşlarımız, Azərbaycan vətəndaşları! Bu gün beynəlxalq arenalarda, cəbhədə uduzan Ermənistan hiyləgər siyasət yeridərək dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıları təxribata çəkir. Onlar ayrı-ayrılıqda vandal hərəkətlərini videoya çəkib yaymaqla, sizləri təxribata vadar edirlər. Biz öz gücümüzü cəbhədə göstərmişik və bundan sonra da düşmən layiqli cavabını alacaq. Qətiyyən təxribatlara uymamaq lazım, səbirlə, yaşadığınız ölkənin qanunlarına uyğun hərəkət etməyinizi xahiş edirik. Çünki düşmən çox hiyləgərdir, döyüşü Qarabağdan yayındırıb, uzaq yerlərə, məkanlara daşımaq istəyir.
Sizin hər bir səbirsiz və düşünülməmiş emosional hərəkətinizi düşmənlərimiz Azərbaycana qarşı istifadə edərək, imicimizi zərbə altında qoymağa cəhd edir. Biz onlara bu fürsəti və imkanı verməməliyik. Biz Vətənə misilsiz sevgimizi-inanırıq ki, bu an uzaqda deyil - Qarabağın azadlığı uğrunda göstərəcəyik!”.

Bizimlə əlaqə saxlayın


Tarix: 26-07-2020, 14:22 Oxunub: 67


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30