11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Amerikalı repçi prezidentliyə namizədliyinin qeydiyyatı üçün imza toplaya bilmədi

Amerikalı repçi Keyn Uest ABŞ prezidentliyinə seçkilərdə müstəqil namizəd kimi qeydiyyat üçün Cənubi Karolinadan lazım olan imza sayını təqdim edə bilməyib.
“Fox News” telekanalı xəbər verir ki, regionunun qanununa əsasən, musiqiçi və ya onun nümayəndəsi yerli vaxtla bazar ertəsi saat 12:00-dək (Bakı vaxtı ilə 20:00-dək) ştatın seçki komissiyasına on min insanın imzasının əks olunduğu sənədi təqdim etməli idi. Ancaq o, bunu etməyib.
Qeyd edək ki, bundan əvvəl Uest Cənubi Karolinada keçirdiyi seçkiqabağı görüşdə özünü qəribə aparmağı ilə diqqətləri çəkib. O, gah gülüb, gah ağlayıb, gah təhqirlər yağdırıb, gah da İncildən sitatlar səsləndirib.


Tarix: 20-07-2020, 23:40 Oxunub: 100


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30