11:54 / 21-09-2024
Naxçıvanda tender qumarı
Səkkizinci sinif şagirdi müəllimini öldürdü

Səkkizinci sinif şagirdi təhsil aldığı məktəbin müdir müavinini bıçaqlayıb.
360 TV-nin məlumatına görə, hadisə Rusiyanın Novosibirsk vilayətində qeydə alınıb.
Mənbə bildirir ki, qadın xidməti mənzildə yaşayıb. Hadisə baş verən gün o, evdə tək olub. İlkin ehtimallara görə, şübhəli qarət məqsədilə pəncərədən evə daxil olub. Lakin qadın oyanıb və onu saxlamağa çalışıb. Yeniyetmə isə cavabında müəllimini bıçaqla vurub. Qadın yerindəcə keçinib.
Polis hadisə yerində olan əlcəklərə və yerdəki ayaqqabı izlərinə görə şübhəlini saxlayıb.
Yeniyetmə törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı istintaqa başlanılıb.


Tarix: 10-07-2020, 16:02 Oxunub: 92


Bölməyə aid digər xəbərlər


«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30